Hərbi hissənin qərargah rəisi qəzada öldü

HADİSƏ
10:23
20 İyul 2020
120

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Xudat” sərhəd dəstəsinin Quba rayonunun Xınalıq kəndi yaxın­lığındakı sərhəd zasta­vasına xidməti tapşırığın icrası ilə əlaqədar hərəkət edən “UAZ” markalı xidməti avtomobil qəzaya uğrayıb.

Sabah.az Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinə istinadən xəbər verir ki, hadisə bu gün saat 08:00 radələrində qeydə alınıb.

Hadisə nəticəsində avtomobildə olan hərbi hissənin qərargah rəisi pol­­kovnik Mirzəyev Şahin İbrahim oğlu vəfat edib, digər hərbi qulluqçular müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hərbi qulluqçulara ilkin tibbi yardım göstərilmiş və təcili tibbi təxliyəsi təşkil olunub.

Hadisə ilə əlaqədar DSX-nın Sərhəd Qoşunlarının və Hərbi Prokurorluğun nümayəndələri tərəfindən araşdırma aparılır.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi mərhum polkovnik Ş.Mirzəyevin ailə­sinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Xəbər lenti