Oğlunun yeni evinə görə 40 nəfərlik məclis təşkil etdi, saxlanıldı

GÜNDƏM
10:03
20 İyul 2020
110

Astara rayonunun Marzəsəy kənd sakini olan Ş.Əliyev karantin qaydalarını pozaraq məclis təşkil etdiyi üçün saxlanılıb.

Sabah.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, polis əməkdaşları həmin ünvana gəlib və məlum olub ki, kənd sakini Ş.Əliyev oğlu üçün tikdirdiyi yeni evə görə 40 nəfərlik məclis təşkil edib.

Polis əməkdaşları tərəfindən  məclisin keçirilməsinin, insanların ora toplaşmasının qarşısı alınıb. Karantin rejiminin qaydaları və tələbləri bir daha onların diqqətinə çatdırılıb.

Karantin qaydalarını pozan Ş.Əliyevin barəsində toplanmış materiallar Astara Rayon Məhkəməsinə göndərilib.

Xəbər lenti