Superliqa klubundan Qurban Qurbanova təklif

İDMAN
18:30
18 İyul 2020
977

Yeni mövsüm Türkiyə Superliqasında oynamağa vəsiqə qazanan "Hatayspor" "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova təklif göndərib.

Sabah.az Qol.az-a istinadən xəbər verir ki, Türkiyə təmsilçisi 48 yaşlı mütəxəssisi baş məşqçi vəzifəsinə gətirmək üçün onunla danışıqlar aparır. Klub rəhbərliyi səviyyəsində Q.Qurbanovla danışıqlar son günlər daha da gücləndirilib.

Məsələ ilə bağlı Qurbanovun özünün rəyini öyrənmək mümkün olmayıb.

Qeyd edək ki, bu, səviyyəli yüksək liqaları olan ölkələr səviyyəsində son 20 ildə Azərbaycan məşqçilərinə ilk müraciətdir.

Xatırladaq ki, "Hatayspor" 2019/20 mövsümündə Türkiyə birinci liqasında çempionluğu rəsmiləşdirib və superliqaya vəsiqə qazanıb. Komandanın hazırkı baş məşqçisi Mehmet Altıparmakdır. Amma klubun onunla yolları ayırmaq istədiyi bildirlir.

Xəbər lenti