Daha 645 nəfər koronavirusdan sağaldı - Günün statistikası

ÖLKƏ
18:16
18 İyul 2020
130

Bu gün Azərbaycanda daha 645 nəfər koronavirusdan sağalıb, 8 nəfər isə vəfat edib.

Sabah.az xəbər verir ki, bu barədə Operativ Qərargahdan məlumat verilib. Son sutka ərzində ölkədə daha 497 yeni yoluxma qeydə alınıb.

Hazırkı dövrədək ölkəmizdə 27 133 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 18 450 nəfər müalicə olunaraq sağalıb, 349 nəfər vəfat edib. Aktiv xəstə sayı 8 334 nəfərdir.

Ötən müddət ərzində 619 min 786 test aparılıb. Bugünkü test sayı isə 9263-dür.

Xəbər lenti