DİN-dən vəzifəsindən sui-istifadə etdiyi iddia edilən polislə bağlı məlumat

ÖLKƏ
15:05
18 İyul 2020
217

"Dünən sosial şəbəkələrdə metronun “Koroğlu” stansiyasında polis əməkdaşının xüsusi karantin rejimi dövründə küçəyə çıxma icazəsinin olub-olmadığını yoxlamaq məqsədi ilə bir qadını saxlamasını, daha sonra həmin qadının sosial şəbəkədəki səhifəsinə tanışlıq üçün yazması iddiaları paylaşılmışdı".

Sabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatında deyilir.

"Bununla əlaqədar bildiririk ki, məsələ DİN rəhbərliyinin nəzarətindədir və  faktın araşdırılması üçün müvafiq göstərişlər verilib. Əgər iddialar təsdiqini taparsa həmin əməkdaş barədə ciddi tədbir görüləcək", - nazirlikdən bildirilib.

Xəbər lenti