Mehman MSK-ya şikayət edəcək

XƏBƏR
15:51
20 Fevral 2020
57

31 saylı Suraxanı ikinci seçki dairəsinin Dairə Seçki Komissiyası deputatlığa namizəd, bloger Mehman Hüseynovun 9 fevral parlament seçkilərində səsvermə zamanı saxtalaşdırma ilə bağlı şikayətini təmin etməyib.

Sabah.az xəbər verir ki, M.Hüseynov Turan-a bildirib ki, 23 və 32 saylı seçki məntəqələrində saxtakarlıq barədə materialları DSK-ya təqdim etməsinə baxmayaraq, DSK pozuntunu görməyib.

“Üstəlik, 19 məntəqədən saxtakarlığı sübut edən videolar təqdim edilib”, - M.Hüseynov qeyd edib. DSK hesab edir ki, “videomateriallar montaj edilib”. Bununla bağlı heç bir sübut və ya ekspert rəyi təqdim olunmayıb, M.Hüseynov bildirib. Bloger qeyd edib ki, fevralın 20-də DSK-nın qərarından MSK-ya şikayət edəcək.

Qeyd edək ki, MSK-nın məlumatına görə, həmin dairədə namizəd Etibar Əliyev liderlik edir.

Xəbər lenti