İbrahim Borçalının oğlu avtomobil qəzasında öldü

GÜNDƏM
14:16
18 İyul 2020
173

Müğənni İbrahim Borçalıya ağır itki üz verib.

Sabah.az xəbər verir ki, sənətçinin 22 yaşlı oğlu Rəhim avtomobil qəzasında dünyasını dəyişib. Gürcüstandan Bakıya gələn gənc yolda qəzaya düşüb.

Şairə Nazilə Səfərli saytımıza açıqlamasında bildirib ki, sənətçinin yeganə oğlu dördüncü kurs tələbəsi idi. O, Türkiyədə təhsil alırdı.

Qeyd edək ki, İbrahim Borçalının iki övladı var idi.

Xəbər lenti