DİM sədrinin dünyasını dəyişən prorektor qızı... - Fotolar

ÖLKƏ
11:43
18 İyul 2020
1446

Xəbər verdiyimiz kimi, bu gün Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin qızı Nigar Abbaszadə qəfil ürəktutmandan vəfat edib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, N.Abbaszadə Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru olub. O,  2016-cı ildən bu vəzifəni icra edib.

Daha əvvəl isə N. Abbaszadə Müəllimlər İnstitutunda prorektor vəzifəsində çalışıb. N.Abbaszadə təhsillə bağlı bir sıra layihələr icra edib.

Artıq çəkidən əziyyət çəkən Nigar Abbaszadənin səhhəti ilə bağlı problemləri olub. Mərhum ailəli imiş, onun 7 yaşlı oğlu və ondan yaşca kiçik qızı var.

Xəbər lenti