Daha bir həkim koronavirusdan vəfat etdi
1 saylı Kliniki Tibbi Mərkəzin həkim-reanimatoloqu Kərəm Yaqubov koronavirusdan dünyasını dəyişib.
Sabah.az xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkədə həkimin yaxınları paylaşıb.
Qeyd edək ki, Kərəm Yaqubov infeksiyaya koronavirus xəstəsini müalicə edərkən yoluxub. Vəziyyəti ağır olan həkim Bakı Sağlamlıq Mərkəzində süni tənəffüs aparatına qoşulmuşdu.
Allah rəhmət eləsin!
Daha çox