Rəhim Qazıyevin keçmiş kürəkəni saxlanıldı
14:42
20 Fevral 2020
75Sabiq müdafiə naziri Rəhim Qazıyevi döyməkdə şübhəli bilinən keçmiş kürəkəni tutulub.
Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov bildirib ki, fevralın 19-da Yasamal rayonu ərazisində R.Qazıyevi döyən keçmiş kürəkəni Ramil Əzizov saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Daha çox