Prezident və xanımı Romada belə qarşılandı - Fotolar

ÖLKƏ
13:38
20 Fevral 2020
29

İtaliyada dövlət səfərində olan Prezident İlham Əliyevin fevralın 20-də Romada rəsmi qarşılanma mərasimi keçirilib.

Sabah.az xəbər verir ki, İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə Romanın Kuirinale Sarayına gəlib.

Azərbaycan dövləti başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı İtaliya Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella qarşılayıblar.

Azərbaycanın və İtaliyanın dövlət himnləri səslənib.

Prezident fəxri qarovul dəstəsinin qarşısından keçib. Fəxri qarovul dəstəsinin rəisi dövlət başçısına raport verib.

İlham Əliyev və Mehriban Əliyeva, İtaliya Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella birgə foto çəkdiriblər.

Azərbaycan nümayəndə heyəti İtaliya Prezidentinə, İtaliya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

Xəbər lenti