Faktiki hava açıqlandı

XƏBƏR
12:52
16 İyul 2020
125

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sabah.az-a verilən məlumata görə, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub.

Düşən yağışın miqdarı Oğuzda 61 mm (aylıq normanın 91 faizi), Mərəzədə 53 mm (aylıq normanın 325 faizi), İvanovkada (İsmayıllı) 28 mm (aylıq normanın 37 faizi), Şamaxıda 23 mm (aylıq normanın 99 faizi), Dəmiraparançayda (Qəbələ) 21 mm, Daşkəsəndə 19  mm (aylıq normanın 32 faizi), Qəbələdə 14 mm, Qrızda 10 mm (aylıq normanın 18 faizi), Cəfərxanda 8 mm (aylıq normanın 178 faizi),  Balakəndə 8 mm, Qazıməmməddə 7 mm (aylıq normanın 119 faizi),  Ağdərədə (Ordubad) 7 mm, Sabirabadda 6 mm, Sədərəkdə 4 mm, İsmayıllıda 3 mm, Şahbuz, Zaqatala, Tərtər, Kişçay (Şəki), Sarıbaş (Qax), Şahdağ, Altıağac, Xınalıq, Şəkidə 2 mm, Kürdəmir, Xaltan, Neftçala, Bakı, Zabrat, Çilov adasında 0.5 mm olub. 

İyulun 15-də gün ərzində şimal-qərb küləyi arabir Daşkəsən, Qəbələ, Naftalanda 24 m/s, Şəkidə 20 m/s, Sumqayıt, Göyçay, Qazıməmməddə 18 m/s, Qum adası, Bakıda 17 m/s, Ağdamda 16 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.6 metrə çatıb.

Xəbər lenti