Ceyhun Bayramov XİN rəhbəri təyin edildi

ÖLKƏ
15:18
16 İyul 2020
323

Ceyhun Əziz oğlu Bayramov Azərbaycan Respublikasının Təhsil naziri vəzifəsindən azad edilib.

Sabah.az xəbər verir ki, bu haqda Azərbaycan Prezidenti İlham Əliyev sərəncam verib.

***

Dövlət başçısının digər sərəncamı ilə Ceyhun Əziz oğlu Bayramov Azərbaycan Respublikasının Xarici işlər naziri təyin edilib.

Qeyd edək ki, C.Bayramov 2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Təhsil naziri vəzifəsinə təyin olunmuşdu.

Xəbər lenti