"Azərbaycanın tankı vurulmayıb" - MN

ÖLKƏ
11:10
16 İyul 2020
91

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan müdafiə nazirinin mətbuat katibi Şuşan Stepanyanın guya Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan tankının vurulması barədə yaydığı məlumata münasibət bildirib.

Sabah.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı APA-ya açıqlamasında faktı təkzib edib:

“Azərbaycanın tankı vurulmayıb. Bu yanlış məlumatdır. Azərbaycan Ordusunun bütün tankları sıradadır. Azərbaycan Silahlı Qüvvələrinin zirehli texnikası ön xətdə deyil. Azərbaycan tankları isə düşmən bölmələrinin vura bilməyəcəyi ərazidədir”.

Xəbər lenti