DTX Neftçalanın icra başçısını tutdu - Yenilənib
Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı dəstələri Neftçala rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir.
Sabah.az xəbər verir ki, bu barədə haqqin.az-ın bölgə müxbiri məlumat verib.
Məlumata görə, bir müddət əvvəl binaya xüsusi təyinatlı dörd cip gəlib.
***
DTX binanın girişində xüsusi yoxlama məntəqəsi qurub. Binaya giriş qadağan edilib.
Qeyd edək ki, Neftçala rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyevdir.
***
Unikal.org saytının məlumatına görə, Neftçalanın icra başçısı İsmayıl Vəliyev rüşvət alarkən DTX tərəfindən həbs edilib.
Daha çox