"Deyirdi, əsgərləri qoyub evə gələ bilmərəm" - Generalın anası

GÜNDƏM
10:52
15 İyul 2020
227

Xəbər verdiyimiz kimi, ötən gün Tovuz istiqamətində döyüşlərdə şəhid olan general-mayor Polad Həşimov bu gün səhər saatlarında dəfn edilib.

Sabah.az xəbər verir ki, mərasimdə dövlət rəsmiləri, şəhidin ailəsi və yaxınları iştirak ediblər. Polad Həşimovun anası Səmayə Həşimova media nümayəndələrinə oğlu haqda açıqlama verib.

O bildirib ki, övladı hər zaman Vətən dərdi çəkib:

"Polad qeyrətli bala idi. Beş aydır ki, evə gəlmirdi. Deyirdi, ana koronavirus qurtarsın gələcəm. Gəlişi bu oldu. Deyirdi, əsgərlər də mənim balalarımdır, onları orada qoyub gələ bilmərəm".

Xəbər lenti