Daha 510 nəfər sağaldı - 6 nəfər vəfat etdi

GÜNDƏM
20:35
14 İyul 2020
210

Bu gün Azərbaycanda daha 543 yeni yoluxma faktı qeydə alınıb, 510 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sabah.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 25 min 113 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 16 min 150 nəfər müalicə olunaraq sağalıb, 319 nəfər vəfat edib, 8 644 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 217, ötən müddət ərzində isə ümumilikdə 584 min 466 test aparılıb.

Xəbər lenti