Şəhid mayor Anar Novruzov Masallıda dəfn edildi - Yenilənib

ÖLKƏ
20:25
14 İyul 2020
669

İyulun 13-dən 14-ə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu ərazisində gedən şiddətli döyüşlər nəticəsində şəhid olan Azərbaycan Ordusunun mayoru Novruzov Anar Gülverdi oğlunun nəşi doğulduğu Masallı rayonu, Ərkivan qəsəbəsinə gətirilib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, şəhid mayorun vida mərasiminə rayon icra aparatının əməkdaşları, millət vəkilləri, hərbçilər və ictimaiyyət nümayəndələri qatılıb.

***

Şəhid mayor Anar Novruzov Masallı rayonu Ərkivan qəsəbəsinin qəbiristanlığında dəfn edilib.

Şəhidin tabutuna bükülmüş Azərbaycan Bayrağı övladına təhvil verilib.

Qeyd edək ki, A.Novruzov 25 il hərb sahəsində xidmət edib.

Xəbər lenti