Şəhid İlqar Zeynallı dəfn olundu - Video

ÖLKƏ
17:21
14 İyul 2020
506

Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətini atəşə tutması zamanı şəhid olan gizir Zeynallı İlqar Ayaz oğlu dəfn edilib.

Sabah.az xəbər verir ki, mərhumun nəşi doğulub boya-başa çatdığı Tovuzun Cəlilli kəndində torpağa tapşırılıb.

Dəfndə şəhidin yaxınları, rayon rəhbərliyi, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, Zeynallı İlqar Ayaz oğlu 1995-ci ildə anadan olub.

Xəbər lenti