Akif Abbasovun meyiti neytral ərazidən götürüldü

ÖLKƏ
11:18
20 Fevral 2020
175

Azərbaycan Ordusunun itkin düşmüş əsgərinin meyiti neytral ərazidən götürülüb.

Sabah.az xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi məlumat yayıb. İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, ötən gün tərəflərin müraciəti və razılaşması ilə BQXK Azərbaycan-Ermənistan sərhədində şəhid olan şəxsin nəşinin ərazidən götürülməsi əməliyyatında neytral vasitəçi kimi iştirak edib.

Xatırladaq ki, hərbçimiz Akif Elşən oğlu Abbasov yanvar ayında itkin düşmüşdü. Onun meyiti bir neçə gün əvvəl sərhədin neytral ərazisində tapılmışdı.

Xəbər lenti