Ermənilər mülki əhaliyə xeyli ziyan vurub

GÜNDƏM
15:07
14 İyul 2020
117

Bu gün Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxslərin əmlakına xeyli ziyan dəyib.

Sabah.az xəbər verir ki, Tovuz rayonunun Dondar Quşçu kəndinin ərazisinə mərmilərin düşməsi nəticəsində 1948-ci il təvəllüdlü Əliyeva Telarə Əhməd qızına məxsus fərdi yaşayış evinə, 1981-ci il təvəllüdlü Əliyeva Samirə Nurəddin qızına, 1973-cü il təvəllüdlü Hüseynov Aydın Məhəmməd oğluna və 1986-cı il təvəllüdlü Rüstəmov Zeynal Əli oğluna məxsus 3 həyətyanı torpaq sahəsinə zərər yetirilib.

Xatırladaq ki, bu gün ermənilərin açdığı atəş nəticəsində Tovuz rayonunun Ağdam kənd sakini 1944-cü il təvəllüdlü (76 yaş) Əzizov Əziz İzzət oğlu vəfat edib.

Xəbər lenti