Şəhid general Polad Həşimov - Fotolar

ÖLKƏ
14:49
14 İyul 2020
572

Xəbər verdiyimiz kimi, səhər saatlarında Tovuz rayonu ərazisində şiddətli döyüşlər nəticəsində general-mayor Polad Həşimov şəhid olub.

Sabah.az xəbər verir ki, şəhid Həşimov aprel döyüşlərində də iştirak edib, həmin döyüşlərin qəhrəmanlarından biri hesab edilir.

Məlumata görə, şəhid general-mayor Qəbələ rayonunun Vəndam kəndində anadan olub, Sumqayıtda yaşayırmış.

O, 2019-cu ildə Prezidentin imzaladığı sərəncamla general-mayor rütbəsi ilə təltif edilib.