529 yeni yoluxma - 547 nəfər sağaldı

ÖLKƏ
16:35
13 İyul 2020
289

Azərbaycan Respublikasında koronovirus infeksiyasına 529 yeni yoluxma faktı qeydə alınıb, 547 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sabah.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 24 min 570 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 15 min 640 nəfər müalicə olunaraq sağalıb, 313 nəfər vəfat edib, 8 617 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 015, ötən müddət ərzində isə ümumilikdə 576 min 249 test aparılıb.

Xəbər lenti