Bakının mərkəzində avtobus sürücüsü piyadanı vurub öldürdü
Bakıda yol qəzası hadisəsi ilə bağlı cinayət işi başlanılıb.
Sabah.az "Report"a istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, “Hyundai Aero Express” markalı avtobusun sürücüsü Niftulla Atabalayev Səbail Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində saxlanılıb.
Səbail RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci madəsi ilə cinayət işi başlayıb.
Bildirilib ki, N.Mahmudova qəza nəticəsində dünyasını dəyişib.
***
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə bu gün səhər saat 07:00 radələrində Dəniz Vağzalının qarşısında qeydə alınıb.
Belə ki, Niftulla Atabalayevin idarə etdiyi “Hyundai Aero Express” markalı avtobus hələlik kimliyi məlum olmayan piyadanı vurub. Nəticədə piyada hadisə yerindəcə ölüb.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Daha çox