“Könüllü olaraq döyüşə getmək üçün çoxsaylı müraciətlər edilib”

XƏBƏR
14:25
13 İyul 2020
134

"Ehtiyatda olan vətənpərvər Azərbaycan gəncləri könüllü olaraq döyüşə getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə çoxsaylı müraciətlər ediblər".

Sabah.az xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmət məlumat yayıb.

 "Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə, özünə mənəvi borc bilən vətəndaşlarımıza təşəkkürümüzü bildiririk” -, deyə açıqlamada deyilir.

Xəbər lenti