MN rəsmisi sualları cavabladı - Video

ÖLKƏ
13:59
13 İyul 2020
118

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı jurnalistlərin suallarını cavablandırıb. O, sosial şəbəkələrdə Tovuz istiqamətində baş verən döyüşlərlə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Sabah.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı jurnalistlərə müsahibəsində deyib ki, sosial şəbəkələrdə müxtəlif dedi-qodular, söz- söhbətlər gedir:

“Müxtəlif istiqamətlərdə guya hansısa əməliyyatların keçirilməsiylə bağlı əsassız məlumatlara yayılır. Bir daha xalqımıza, o cümlədən  Kütləvi İnformasiya Vasitələrinə, sosial şəbəkə istifadəçilərinə müraciət edirəm. Ancaq Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyi onlardan xahiş edirik. Dedi-qodu yayılması  düşmən dəyirmanına su tökməkdir. 

Təvəqqe edirik ki,  ancaq rəsmi məlumatlara istinad etsinlər. Dünən sosial şəbəkədə bir qrup vətəndaşlarımız Azərbaycan ordusuna dəstək, Qarabağın azad olunmasıyla bağlı şüarlar səsləndirərək çağırışlar ediblər. Onlar Qarabağ uğrunda yekdilliklə ayağa qalxmağa çağırışlar ediblər. Vətənpərvərlik hissindən gələn bu çağırışları biz anlayırıq. Ancaq bildirmək istəyirik ki, Azərbaycan əsgəri düşmənə layiqli cavab verməyə hazırdır və bunu edir. Ona görə də sosial şəbəkələrdə bu cür söz-söhbətlərin yayılmasına ehtiyac yoxdur.  Bu cür məlumatların yayılması düşmənin maraqlarına xidmət edir”.

Həmin videonu təqdim edirik:

Xəbər lenti