Əsgərlikdən qayıdan övladlarına yığıncaq keçirənlər cərimələndi - Foto

GÜNDƏM
11:40
13 İyul 2020
149

Qubanın Növdün kənd sakini Bəhruz Nəğdəliyev oğlunun hərbi xidmətdən qayıtması münasibətilə həyətində məclis təşkil edib.

Sabah.az DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən məclis dayandırılıb. Məclisin təşkilatçısı və həmin vaxt orada iştirak edən 12 şəxs barəsində karantin qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə olunublar.

Analoji qayda pozuntusu Xaçmazda da qeydə alınıb. Şəhər sakini Malik Mirzəyevin hərbi xidmətdən qayıdan oğlu üçün məclis təşkil edib. Polis əməkdaşları tərəfindən M.Mirzəyev tərəfindən təşkil olunan məclis dayandırılıb. Ev sahibi və məclisdə iştirak edən şəxslər inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Xəbər lenti