Şəhidimiz son mənzilə yola salındı - Video

ÖLKƏ
10:30
13 İyul 2020
358

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində şəhid olan Azərbaycan əsgəri Daşdəmirov Xəyyam Məhəmməd oğlu son mənzilə yola salınıb.

Sabah.az xəbər verir ki, 2002-ci il təvəllüdlü əsgər ilə vida mərasimi şəhidin doğulub boya-başa çatdığı İsmayıllı rayonunun Balik kəndində olub. Mərasimdə şəhidin ailə üzvləri, rayon ictimaiyyəti iştirak edib.

Qeyd edək ki, Xəyyam Daşdəmirov hərbi xidmətə 3 ay öncə yollanmışdı.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 4 nəfər şəhid olub, yaralılar var. Qarşı tərəf də itki verib.


Xəbər lenti