18 yaşlı şəhidimizin fotosu...

ÖLKƏ
09:33
13 İyul 2020
358

Ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 3 nəfər şəhid olub, 4 nəfər isə yaralanıb.

Düşmən hücumunun qarşısını alarkən əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu ağır yaralanıb. Həkimlərin səyinə baxmayaraq, ağır yaralanan hərbi qulluqçumuz şəhid olub.

Sabah.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Xəyyam Daşdəmirov əslən İsmayıllının Bilik kəndindəndir. 2002-ci il təvəllüdlü şəhid hərbi xidmətə 3 ay öncə yollanmışdı. O, Balik kənd orta məktəbindən bu il məzun olubmuş.

Artıq 18 yaşlı əsgərimizin nəşi dəfn edilmək üçün doğma kəndinə gətirilib.

Qeyd edək ki, X.Daşdəmirovun özündən yaşca kiçik bir qardaşı var.

Xəbər lenti

14:02 13 Avqust 2020
13:53 13 Avqust 2020
11:11 13 Avqust 2020
16:30 12 Avqust 2020
14:05 12 Avqust 2020