Şəhidimiz Sadıqov Vüqar - Foto

ÖLKƏ
08:50
13 İyul 2020
883

Ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 3 nəfər şəhid olub, 4 nəfər isə yaralanıb.

Sabah.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, şəhid olanlardan biri Sadıqov Vüqar Lətif oğludur. 1987-ci təvəllüdlü V.Sadıqov Ağstafa rayonunun Göycəli kəndində anadan olub. Məlumatı kənd nümayəndəsi Əhmədov Yasin də təsdiqləyib.

Qeyd edək ki, V.Sadıqov ailənin tək oğlu olub. Şəhidimiz ailəli olub, 3 övladı var.

Xəbər lenti