190 manatı alıb belə xərcləməsi tənqid olundu - Video
Bakı sakini 190 manatlıq birdəfəlik ödəməni alaraq onu xoşagəlməz şəkildə öz əyləncəsinə xərcləyib.
Sabah.az xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkədə yayılıb. O, 190 manatla qarpız alıb və hamısını sındırıb.
Məlum olub ki, həmin şəxs Binəqədi rayon sakini, 1997-ci il təvəllüdlü Quliyev Ruslan Yaşar oğludur. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.
O bildirib ki, R.Quliyevin bu il aprelin 9-da birdəfəlik ödəmə almaq üçün etdiyi müraciətə e-sistem tərəfindən baxılarkən, onun bu vəsaiti almaq üçün qanunvericilikdə nəzərdə tutulan meyarlara uyğunluğu müəyyən edilib. Adında əmək müqaviləsi, VÖEN, əmlak, avtomobil və s. olması müəyyən edilməyib. Bu səbəbdən ona ödəmə təyin olunub.
"R.Quliyevin hüquqi yaransa belə, əslində ehtiyacı olmadan birdəfəlik ödəmə almaq üçün müraciət etməsini, üstəgəl aldığı bu vəsaiti başqalarında “harın həyat tərzi” keçirdiyi təəssüratı yaradan mənasız bir əyləncəyə sərf etməsini kəskin qınayırıq. Bu cür hallar ictimaiyyət tərəfindən kəskin pislənməli və gənclərin cəmiyyətə yararlı formada fəaliyyəti təşviq edilməlidir" - deyə qurum rəsmisi bildirib.
Daha çox