“İctimai nəqliyyatın işləməsinə ehtiyac var”
“Ölkəmizdə həyati əhəmiyyətli funksiyaları yerinə yetirən sahələr var. Orada çalışan insanların işə gedib-gəlməsinə ehtiyac var. Buna görə də ictimai nəqliyyat işləməlidir”.
Sabah.az xəbər verir ki, bunu Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.
O qeyd edib ki, özəl sektora müraciət ondan ibarətdir ki, iş saatlarında fərqlilik tətbiq olunması tövsiyə olunsun.
Daha çox