“Həbslərlə bağlı çox təəssüflənirəm” - Elmar Məmmədyarov

GÜNDƏM
17:00
10 İyul 2020
201

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizlik Xidmətinin iyulun 3-də XİN-də keçirdiyi əməliyyat nəticəsində qurumun üç vəzifəli şəxsi həbs olunub. Bu gün yayılan mlumata görə isə nazirliyin daha 2 əməkdaşı saxlanılıb.

Sabah.az xəbər verir ki, Unikal.org-a açıqlama verən Xarici İşlər naziri Elmar Məmmədyarov baş verənlərə təəssüfləndiyini bildirib: “Bu haqda danışmaq istəmirəm, çünki istintaq sirridir. Mənim açıqlamam istintaqın gedişinə təsir edə bilər. Həbslərə gəlincə çox təəssüflənirəm. İstefa verəcəyimlə bağlı deyilənlərə şərh vermək fikrim yoxdur”.

Xəbər lenti