Qızılın qiyməti son 7 ilin ən yüksək həddinə çatdı
Dünya bazarında qızılın qiyməti 2013-cü ilin əvvəlindən etibarən ən yüksək həddə çatıb.
Sabah.az “Tass”a istinadən xəbər verir ki, 1 unsiyanın dəyəri 7 ildən sonra ilk dəfə 1 600 ABŞ dollarını keçib və 1610,5 olub.
Mənbədə bu artımın koronavirusun yayılması ilə bağlı olduğu deyilir. Bildirilir ki, qiymətli metallar sözügedən virusun dünya iqtisadiyyatına əhəmiyyətli dərəcədə mənfi təsir göstərəcəyinin narahatlığı fonunda bahalaşır.
Daha çox