Çingiz Qənizadənin oğlu Nərimanov prokurorunun müavini təyin edildi

ÖLKƏ
12:42
10 İyul 2020
333

Prokurorluq orqanlarında yeni təyinatlar olub.

Sabah.az APA-ya istinadən xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, Elgiz Qənizadə Nərimanov rayon prokurunun müavini, Vüqar Hüseynov Suraxanı rayon prokurorunun müavini və Kənan Əliyev Nəsimi rayonun prokurorunun müavini vəzifələrinə təyin edilib.

Baş Prokurorluğun mətbuat xidməti yeni təyinatları təsdiqləyib.

Qeyd edək ki, Nərimanov rayon prokurorunun müavini təyin edilmiş E.Qənizadə sabiq millət vəkili Çingiz Qənizadənin oğludur.

Xəbər lenti