Daha bir həkim koronavirusa yoluxdu
19:50
9 İyul 2020
258Bakıda koronavirus xəstələri ilə işləyən daha bir həkim virusa yoluxub.
Sabah.az xəbər verir ki, Mərkəzi Neftçilər Xəstəxanasının həkim-reanimotoloqu Elnur Abdulla özü də COVID-19-a yoluxub. E.Abdullanın bu virusa yoluxması barədə məlumatı həkim həmkarları bildirib.
Məlumata görə, o hazırda Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunur.

Daha çox