Bakıda dava zamanı iki nəfər bıçaqlandı

XƏBƏR
23:00
19 Fevral 2020
36

Bakının Binəqədi rayonunda iki nəfər dava zamanı bıçaqlanıb.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə Binəqədi qəsəbəsində qeydə alınıb.

1985-ci il təvəllüdlü Talıbov Şafiq Mamed oğlu və 1978-ci il təvəllüdlü Məmmədov Rahim Rəşid oğlu tanımadıqları şəxlə mübahisə edib. Mübahisə zamanı onların hər ikisi bıçaqlanıb.

Yaralılar 1 saylı şəhər xəstəxanasına çatdırılıb.

Xəbər lenti