Karantini pozan müğənni polis bölməsinə aparıldı - Foto

XƏBƏR
17:49
9 İyul 2020
343

Binəqədi rayonu Abay Kunanbayev küçəsi “Bolluq” bazarının yanında qanunsuz olaraq müştərilərə yerində xidmət göstərən paltar mağazası aşkar edilib.

Sabah.az xəbər verir ki, mağaza sahibi, orada olan satıcılar və  müştərilər inzibati qaydada məsuliyyətə cəlb olunublar və ərazi üzrə Binəqədi RPİ-nin 5 ci Polis Bölməsinə aparılıblar.

Obyektdə karantin qaydalarını pozaraq qapalı məkanda olan şəxslərdən biri müğənni Nəfəsdir.

Əməliyyatı Əlahiddə Çevik Polis Alayının əməkdaşları keçirib.

Xəbər lenti