Azərbaycanda daha bir hakim vəfat etdi
Bu gün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Sadıqov Məzahir Qafar oğlu vəfat edib.
Sabah.az xəbər verir ki, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən M.Sadıqov 57 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, M.Sadıqov 2015-ci ildən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışıb.
Xatırladaq ki, M.Sadıqov son 1 ay ərzində Azərbaycanda vəfat edən 4-cü hakimdir. Bundan əvvəl Bakı Apellyasiya Məhkəməsinin hakimləri Əflatun Qasımov, Namiq Məmmədov və Müseyib Hüseynov dünyasını dəyişiblər.
Daha çox