Hərbi Prokurorluqda yeni təyinatlar

ÖLKƏ
14:59
8 İyul 2020
338

Respublika Hərbi Prokurorluğuna yeni şöbə rəisləri təyin edilib.

Sabah.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmrlər imzalayıb.

Baş prokurorun əmrləri ilə, ədliyyə polkovniki Rövşən Əfəndiyev Respublika Hərbi Prokurorluğunun Təşkilat və icraya nəzarət şöbəsinin rəisi, ədliyyə polkovniki Mehdi Hüseynzadə Hərbi Prokurorluqlarda istintaqa nəzarət şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Nihad Şıxəliyev isə sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsinin rəisi vəzifələrinə təyin olunublar.

Xəbər lenti