“Sabunçu bazarı”nda gizli işləyən kafedə 8 qadın saxlanıldı - Foto

GÜNDƏM
12:46
8 İyul 2020
362

Sabunçu rayonu ərazisindəki “Sabunçu bazarı”nın içərisində gizli şəkildə fəaliyyət göstərən adsız kafe aşkarlanıb.

Sabah.az xəbər verir ki, reydlər nəticəsində 9 nəfər saxlanılıb, onlardan 8-i qadındır.

İnzibati Xətalar Məcəlləsinin 211 və 535 maddələri ilə barələrində inzibati protokol tərtib edilib, baxılması üçün aidiyyatı üzrə Sabunçu rayon məhkəməsinə göndərilib.

Polis şöbəsinə gətirilən 6 nəfər şəxs barəsində isə İXM-nin 211.1 –ci maddəsi ilə inzibatı protokol tərtib edilərək hər biri 200 manat cərimə olunub, ümumilikdə 1200 manatın tam şəkildə ödənilməsi təmin olunub.

Xəbər lenti