Naxçıvanda yeni yoluxma qeydə alınmayıb - Ölkə üzrə statistika
Azərbaycanda koronavirusa yoluxma hallarının rayon və şəhərlər üzrə yeni statistikası açıqlanıb.
Sabah.az xəbər verir ki, yoluxmanın 55,1 %-i Bakının payına düşür.
Sonrakı yerlərdə 16,3%-lə Abşeron, 8,4%-lə Gəncə-Qazax, 7,5%-lə Aran, 5,8%-lə Lənkəran, 1,6%-lə Quba-Xaçmaz, 1,4%-lə Şəki-Zaqatala, 1,2%-lə Yuxarı Qarabağ, 1,2%-lə Dağlıq Şirvan qərarlaşıb.
Naxçıvanda isə yoluxma faktı qeydə alınmayıb - 0,0%.
Ölkə xaricindən gələn şəxslərin isə 1,3 faizi virusa yoluxub.
Bakının rayonlarına ən yüksək göstərici Binəqədidə (12,8%) qeydə alınıb. Sonrakı yerdə 12,4%-lə Yasamal, 11,9%-lə Xətai, 11,8%-lə Sabunçu, 10,4%-lə Nəsimi, 8,8%-lə Nərimanov, 8,7%-lə Suraxanı, 8,2%-lə Nizami, 5,7%-lə Qaradağ, 4,7%-lə Səbail, 4,2%-lə Xəzərdə, 0,3%-lə Pirallahı gəlir.
Aktiv halların ərazi üzrə bölgüsünə gəlincə, bu göstərici Bakıda 57%, Sumqayıtda 15%, Abşeronda 6%, Gəncədə 3%, Cəlilabadda 2%, Lənkəran, Masallı və Yevlaxda 1%, digər regionlarda isə ümumi olaraq 14% təşkil edir.
Qeyd edək ki, Operativ Qərargahın sonuncu brifinqində TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı Naxçıvanda indiyə qədər 142 yoluxma aşkarlandığını demişdi: “126 nəfər sağalıb, 11 nəfər vəfat edib. Hazırda 5 aktiv xəstənin müalicəsi davam edir”.
Daha çox