Bakı-Quba yolunda avtomobil qadını vurub öldürdü

HADİSƏ
21:05
19 Fevral 2020
59

Bu gün Bakı-Quba yolunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə Şabranın Ağalıq kəndi ərazisində baş verib.

1942-ci il təvəllüdlü Səkinə Musayeva Hilal qızını maşın vurub. O, müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mükün olmayıb.
 
Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti