Baş həkimin oğlu maşınla ana və qızı vuraraq öldürdü - Fotolar+Yenilənib

HADİSƏ
16:25
7 İyul 2020
541

Sabirabadda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, “Mercedes” markalı avtomobil 2 piyada qadını vurub.

Məlumata görə, avtomobilin sürücüsü Kamran Nəsirlidir. Qəza zamanı hər iki qadın hadisə yerində ölüb.

***

Qəzada ölənlərin kimliyi məlum olub.

Hadisə Sabirabad şəhərinin girişində baş verib. Sabirabad sakini, Kamran Nəsirli sürətlə idarə etdiyi "Mercedes" markalı, 99 BS 755 dövlət nömrə nişanlı avtomobillə yolu keçərək qoşa xəttin üstündə dayanan, 1948-ci il təvəllüdlü Əliyeva Banu Məhəmməd qızı və onun qızı, 1971-ci il təvəllüdlü Niftəliyeva Hədiyyə Ağabala qızını vurub. Ana və qızı aldıqları xəsarətlərdən hadisə yerindəcə keçiniblər. Onlar Sabirabad xəstəxanasının işçiləri olub.

Qeyd edək ki, K.Nəsirli Sabirabad rayon Vərəm Dispanserinin baş həkimi Rasim Nəsirovun oğludur. Sürücü polis tərəfindən saxlanılıb.

Xəbər lenti