Azərbaycanda bu şəxslər “Ginnesin Rekordlar Kitabı”na niyə salınmır?

XƏBƏR
20:50
19 Fevral 2020
62

Ölkəmizdəki uzunömürlülərin "Ginnesin Rekordlar Kitabı"na salınmamasının səbəbi açıqlanıb.

Sabah.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova Trend-ə bildirib ki, "Ginnesin Rekordlar Kitabı"na yalnız yaşının verifikasiyası aparılan şəxslər daxil edilə bilər.

İnstitut direktorunun sözlərinə görə, "Ginnesin rekordlar kitabı"na düşən ən uzunömürlü insanın 117 yaşı var:

“Bu kitaba Azərbaycan uzunömürlülərinin düşməsi üçün ən aşağı yaş həddi 118-dir. Hələ ki, ölkəmizdə yaşı verifikasiya olunmuş və sənədlə təsdiq edilmiş 118 yaşlı uzunömürlü yoxdur”.

Qeyd edək ki, Azərbaycanda yaş verifikasiyası aparılmış uzunömürlülər içərisində ən yaşlı insan Lənkəran rayon Sütəmurdov kənd sakini 104 yaşlı Mirzadə Cabbarovadır.

Xəbər lenti