Daha 513 nəfər koronavirusa yoluxdu - 8 nəfər vəfat etdi

ÖLKƏ
17:33
6 İyul 2020
165

Azərbaycanda 513 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 440 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 20 min 837 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 12 min 182 nəfər müalicə olunaraq sağalıb, 258 nəfər vəfat edib, 8397 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 6 240 koronavirus testi aparılıb.

Xəbər lenti