Magistraturaya qəbul olanların qeydiyyatı başladı
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunanlar iyulun 6-dan 15-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri qəbul olduqları ali təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Sabah.az xəbər verir ki, qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər.
İxtisaslaşma seçimində iştirak edən 11 min 380 bakalavrdan 8 324 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub.
Qəbul olunanlardan 3 069 nəfəri dövlət sifarişi, 5 255 nəfəri isə ödənişli əsaslarla təhsil alacaqlar. Onlardan 5 229 nəfəri ali təhsil müəssisələrinin cari, 30 95 nəfəri isə əvvəlki illərin məzunudur.
Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı elan olunacaq.
Daha çox