Sumqayıt sakinlərinin nəzərinə - Bu binalar söküləcək
Sumqayıtda ötən əsrin 40-50-ci illərində tikilmiş yaşayış binaları söküləcək.
Sabah.az xəbər verir ki, bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətinin ötən ilin yekunlarına həsr olunmuş hesabat yığıncağında məlumat verilib.
Bildirilib ki, şəhər ərazisində ötən əsrin 40-50-ci illərində tikilmiş, istismar müddəti başa çatmış yaşayış binaları söküləcək. Həmçinin 200-ə yaxın yaşayış binasının dam örtüyü, fasadları təmir olunacaq, 600 binanın istilik sistemi bərpa ediləcək, hər birinin 10 mindən çox əhalisi olan Corat qəsəbəsi və “St.Sumqayıt” yaşayış massivi ərazisində yeni uşaq bağçaları tikiləcək, eyni zamanda, mövcud uşaq bağçaları, məktəblər, mədəniyyət və səhiyyə ocaqları, idman qurğuları əsaslı təmir olunacaq.
Daha çox