"Balıq evi" kafesinin gizli fəaliyyəti aşkarlandı - Video

GÜNDƏM
15:12
4 İyul 2020
415

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində Pirşağı qəsəbəsində yerləşən “Balıq evi” kafesinin karantin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi aşkar olunub.

Sabah.az DİN-ə istinadən xəbər verir ki, polis tərəfindən obyekt sahibi Mehdi Əliyev və orada olan 7 müştəri saxlanılaraq polis bölməsinə gətirilib.

Bölmədə obyekt sahibi və müştərilər polis tərəfindən tibbi maskalarla təmin ediliblər.

Karantin qaydalarını pozan obyekt sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 1 500 manat, müştərilərin hər biri isə 100 manat məbləğində cərimə olunublar.

Xəbər lenti