AMEA-nın şöbə müdiri vəfat etdi

XƏBƏR
14:47
4 İyul 2020
191

Azərbaycanlı alim Hacı Şıxlinski 68 yaşında vəfat edib.

Sabah.az xəbər verir ki, AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun İmmunogenetika şöbəsinin müdiri, biologiya üzrə elmlər doktoru Şıxlinski bir müddətdir, xəstəlikdən əziyyət çəkirdi.

Qeyd edək ki, Hacı Şıxlinski 1952-ci ildə Qazax rayonunda anadan olub. O, Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. Azərbaycan SSR şəraitində üzümün rayonlaşdırılmış və yeni seleksiya formalarının filloksera və göbələk xəstəliklərinə davamlılığı mövzusunda namizədlik dissertasiyasının, Filloksera ilə zədələnmiş müxtəlif üzüm sortlarının köklərində mikroorqanizmlərin öyrənilməsi və kompleksdavamlı formaların aşkar edilməsi mövzusunda isə doktorluq dissertasiyasının müəllifidir. 238 elmi əsəri çapdan çıxıb.

Xəbər lenti